Yazıçı Salman Rüşdi sui-qəsddən sonra ilk dəfə şəklini paylaşıb.
Teleqraf.com xəbər verir ki, o, özünün "Twitter" hesabında fotosunu paylaşaraq yazıb:
"New-Yorker"də yayımlanan bu şəkil dramatik olsa da, əslində necə göründüyümü əks etdirir".
Qeyd edək ki, bu il avqustun 12-də Salman Rüşdi Nyu-Yorkda Hadi Matarın bıçaqlı hücumuna məruz qalıb. Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən 24 yaşlı Nyu-Cersi sakini Hadi Matar əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Hadi Matar saxlanılıb, o, sui-qəsdə cəhddə ittiham olunur.