7 Fevral 2023 03:36
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yolları (THY) zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün Adana, Elazığ və Diyarbəkirə uçuş əməliyyatlarının fasiləsiz davam etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabında Hatay aeroportunun bütün uçuşlara bağlı olduğunu deyib.

Onun sözlərinə görə, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edildiyini bildirib: "Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və Diyarbəkir hava limanlarında fəaliyyətimizi fasiləsiz davam etdiririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər