7 Fevral 2023 17:42
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə humanitar yardımın göstərilməsi ilə bağlı qərar imzalayıb.

Teleqraf.com xəbər verir ki, qərar Ukrayna prezidentlinin rəsmi saytında dərc olunub.

Episentri Kahramanmaraş olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə yardımlar axır.

Məlumatda deyilir ki, Prezident Vladimir Zelenski “Humanitar Yardım haqqında” qanunun 10-cu maddəsinə uyğun olaraq zəlzələ yaralarının sağalmasına töhfə vermək üçün Türkiyəyə humanitar yardımın göstərilməsi haqqında qərar imzalayıb.

Rusiyanın ölkəsinə qarşı işğalçı müharibəsinin davam etdiyi vaxtda Zelenskinin verdiyi qərar sosial şəbəkələrdə rəğbətlə və duyğusal ifadələrlə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər