8 Fevral 2023 00:39
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin zəlzələdən zərər çəkmiş əyalətlərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə R.T.Ərdoğan zəlzələ nəticəsində həlak olmuş deputat Yakup Taşın ailəsi ilə telefon danışığı zamanı deyib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 434 nəfər həlak olub, 31 777 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com