Baxmut yaxınlığında Ukrayna hərbçilərinin mövqelərinə hücum planlaşdıran rus qruplarını sərhədçilər məhv ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti bildirir.
Baxmut yaxınlığında sərhədçilərin havadan kəşfiyyatı zamanı düşmənin hücum qruplarının Ukrayna mövqelərinə doğru irəlilədiyi aşkar edilib.
“Müdafiəçilərimiz düşməni minaatanlardan atəşə tutub. Nəticədə bir hücum qrupu sıradan çıxarılıb, 4-ü yaralanıb”, - məlumatda deyilir.
Başqa istiqamətdə düşmənin daha üç piyada dəstəsi Ukrayna mövqelərinə hücum etmək üçün hərəkət edib. Sərhəd naryadının minaatan ekipajları düşmən üzərində iş aparıb və yaraqlıların bir hissəsi məhv edilib.