13 Fevral 2023 09:51
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə 40-dan çox vali, 150-dən çox rayon rəhbəri, hər bölgədə 5-6 nazir müavini, bəzi yerlərdə isə bir neçə nazir işləyir. Hatayda 4490-dan çox yerdə axtarış-xilasetmə işləri aparılıb. Qəhramanmaraşda 308 yerdə axtarış-xilasetmə işləri davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

"Afşin, Andırın, Ekinözü və Çağlayanceritdə axtarış-xilasetmə işlərinin tamamlanıb. Elbistanda 318 dağıntıdan 9-u qalıb, axtarış-xilasetmə işləri sabahdan etibarən bitəcək. Nurhakda 299 binadan yalnız bir bina qalıb. Pazarcık və Türkoğluda axtarış-xilasetmə işləri davam edir", - Soylu bildirib.

Nazir mərkəzi rayonlarda da iş getdiyini söyləyib: "Burada ümumilikdə 4895 axtarış-xilasetmə, 1452 ağır texnika və 447 qrupla axtarış-xilasetmə işləri davam edir”.


Müəllif: Nemət

Oxşar xəbərlər