Türkiyə hökuməti bu il keçiriləcək prezident və parlament seçkilərini təxirə salmağı planlaşdırmır.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.
Nəşr Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni koalisiya (Cümhur İttifaqı) ortağı Millətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə müzakirə etdiyini bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğan dünən MHP sədri Dövlət Bağçalı ilə görüşüb. Beştəpə iqamətgahında bir saat davam edən görüşün əsas gündəm maddələri zəlzələ və seçkilər olub. 14 may və 18 iyun tarixləri (seçkilər üçün) yenidən masadadır”, - məlumatda bildirilir.