18 Fevral 2023 11:42
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Polşaya səfəri zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı vacib çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi və Ağ Evin sözçüsü Karine Jean-Pierre danışıb.

Prezident Baydenin 20-22 fevral tarixlərində Polşanın paytaxtı Varşavaya səfəri barədə məlumat qətiləşib.

Baydenin Varşavada vacib çıxış edəcəyini qeyd edən Ağ Evin sözçüsü Jan-Pier, prezidentin Rusiya-Ukrayna müharibəsinin birinci il dönümündən əvvəl bunu etmək istədiyini qeyd edib. Baydenin çıxışı fevralın 21-i axşama planlaşdırılır. O, çərşənbə axşamı Polşa prezidenti Andjey Duda ilə də görüşəcək.

Kirbi bildirib ki, gələn həftə Bayden Britaniyanın baş naziri Rişi Sunak, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Giorgia Meloni kimi müttəfiq ölkələrin liderləri, həmçinin NATO-nun şərq qanadı ölkələrinin liderləri ilə müzakirə aparacaq.

Onun Varşavadan başqa heç bir səfər planının olmadığını bildirən Kirbi, səfər planında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşün olmayacağını qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər