Rusiya kəşfiyyatı ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ Prezidenti Co Baydenə Kiyevə səfəri ilə bağlı təminat verilmədiyini açıqlayıb.
FSB-nin direktoru Alaksandır Bortnikovun verdiyi açıqlamada ABŞ-ın səfərdən əvvəl diplomatik kanallarla Rusiyanı məlumatlandırdığı qeyd edilib.
Bayden daha əvvəl ictimaiyyətə açıqlanmayan Kiyev səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və Ukraynaya hərbi dəstəyi artıracağına söz verib.