23 Fevral 2023 12:08
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqon Vaşinqton və Pekini üz-üzə gətirən Çinin casus şarının məhv edilməsi görüntülərini ictimaiyyətə təqdim edib.

Teleqraf.com xatırladır ki, fevralın əvvəlində ABŞ-ın səmalarında sirli cisim müəyyən edilib.

ABŞ əvvəlcə bunun yadplanetlilərə aid olduğunu düşünüb. Sonradan müəyyən edilən naməlum cismin Çinə aid casus şarı olduğu ortaya çıxıb.

ABŞ Prezidenti Co Bayden casus şarının vurulmasını əmr edib. Fevralın 4-də kəşfiyyat şarı məhv edilib.

Vurulan şar Federal İstintaq Bürosuna (FBI) laboratoriyasında müayinə üçün götürülüb.

Pentaqon iki ölkə arasında gərginliyə səbəb olan casus çarının qırıcılar tərəfindən vurulması anını paylaşıb. Fotolarda şarı vuran pilotun dəbilqəsi və döyüş təyyarəsinin qanadı görünür. Qeyd edək ki, şar F-22 qırıcısı tərəfindən vurulub.


Müəllif: Nemət

Oxşar xəbərlər