24 Fevral 2023 10:28
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ silah satışı ilə bağlı yebi addımlar atır. Belə ki, artıq silah satışı zamanı alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğu da qiymətləndiriləcək.

Teleqraf.com xəbər verir ki, Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yenidən təzələyib.

Ağ Evdən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən müraciətdə silah alan ölkələrdə insan haqları, qanunun aliliyi, demokratik idarəetmə və hesabatlılıq, habelə ABŞ maraqları və beynəlxalq təhdidlərin nəzərə alınmasının vacibliyi vurğulanır.

Sirkulyarda qeyd olunub ki, silahların təhvil verilməsi ilə bağlı qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqliyi nəzərə alınacaq.

Əvvəlki Adi Silahların Transferi Siyasəti 2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın dövründə qüvvəyə minib. Trampın silah satışı siyasəti ABŞ-ın hərbi və kommersiya maraqlarını üstün tuturdu. Yəməndəki əməliyyatlarda çoxlu mülki itkilərə səbəb olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını məhdudlaşdırmadığı üçün Tramp tənqid edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər