“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının 18-ci turunun matçında “Damak”ı darmadağın edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb. Komandaya qələbəni het-trik edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo gətirib. 38 yaşlı hücumçu matçın 18, 23 və 44-cü dəqiqələrində penaltidən ilk qolu vuraraq fərqlənib.