Böyük Britaniyanın Kral Donanması Oman körfəzində İrana aid qaçaqmalçılıqla məşğul olan gəmi saxlayıb. Gəmidə raketlər, silah-sursart olub.
Teleqraf.com xəbər verir ki, Britaniya donanması İrandan cənubda təsbit edilən obyekti havadan izləyib.
Məlumata görə, qaçaqmalçılıq gəmisi əvvəlcə İran sularına girməyə cəhd edib, ancaq Britaniya Donanması tərəfindən dayandırılıb. Daha sonra gəmiyə baxış keçirilib və şübhəli paketlər müsadirə olunub.
London bəyan edib ki, faktla bağlı BMT-yə müvafiq məlumat veriləcək.