Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərində ciddi itkilər verirlər. Ukraynalı döyüşçülər müdafiə xəttini saxlamaqda davam edirlər.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü Sergey Çerevatı milli telemarafonun efirində deyib. Çerevatı qeyd edib ki, Baxmut istiqamətində rus hərbçiləri arasında itkilər çox yüksəkdir.
O, həmçinin əlavə edib ki, ukraynalı müdafiəçilərə döyüş sursatı, ləvazimat, dərman çatdırmaq və oradan yaralıları götürmək mümkündür.