10 Mart 2023 22:55
2 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri “Vaqner” qrupunun lideri Yevgeni Priqojinlə Rusiyanın hərbi rəhbərliyi arasındakı qarşıdurmanı diqqətlə izləyir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” komandanlığının sözçüsü Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, əldə edilən məlumatlar “Vaqner”in “şanlı zəfər yolu”nun Baxmut yaxınlığında bitdiyini göstərir.

“Priqojini izləyirik. Gerasimovla və “əməliyyatın komandanlığı” ilə konfliktinin olduğunu bilirik. Priqojin işğalçı ölkənin hərbi rəhbərliyini, o cümlədən Gerasimovu təhqir edib. Priqojinin hərbi-siyasi subyektivliyini qorumaq, Rusiyada qərarların qəbuluna təsir edən mühüm fiqur olmaq arzusu var. Amma Silahlı Qüvvələrimiz “Vaqner”i məhv etdi. Ciddi itkilər verib, deyə bilərəm ki, onun böyük hissəsi Baxmut ətrafında yoxa çıxıb. Bəllidir ki, bu, onların “şanlı tarix”inin orta perspektivdə başa çatmasına gətirib çıxarır”, - Çeravatı bildirib.

Onun sözlərinə görə, Baxmut işğalçıların əsas hədəfi olaraq qalır. Günün əvvəlindən ruslar Baxmut istiqamətində hücumlar həyata keçirməyə cəhd edib, lüləli və reaktiv artilleriya ilə 188 zərbə endirib. Gün ərzində bu istiqamətdə 57 toqquşma baş verib. Düşmən 191 hərbçisini itirib, 319-u yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər