11 Mart 2023 13:10
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Xarici İşlər Nazirliyi rəsmi Dəməşqin Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələrin bərpasına dair əldə olunan razılaşmanı alqışladığını bildirib.

Teleqraf.com xəbər verir ki, XİN Çinə danışıqlarda göstərdiyi “səmimi səylər”ə görə təşəkkür edib.

Dəməşqin bəyanatına görə, bu “mühüm addım” regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, əməkdaşlığa gətirib çıxaracaq: “Bu da ümumilikdə region sakinlərinin və ölkələrinin ümumi maraqlarına müsbət təsir göstərəcək”.

İran və Səudiyyə 7 ildən sonra diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması barədə razılığa gəliblər. Əldə olunan razılaşmaya əsasən, iki ölkə bir çox məsələlərdə əməkdaşlıq edəcək və münasibətlərin daha da möhkəmlənməsinə çalışacaq.

Bu barədə Səudiyyə Ərəbistanı, İran və Çinin birgə bəyanatında bildirilib.

Müqaviləni İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani və Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Müsaid bin Məhəmməd əl-Əyban imzalayıb.

Səudiyyə Ərəbistanı və İran rəsmiləri bazar ertəsi Çinin paytaxtı Pekində danışıqlara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər