12 May 2014 01:05
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Viktor Yanukoviçin ailəsi və yaxın ətrafı tərəfindən qanunsuz olaraq xaricə çıxarılan vəsaitlərin ölkəyə qaytarılması üçün beynəlxalq səviyyədə köməyə ehtiyac var".

Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu bəyanatla Ukrayna prezidentliyinə namizəd Petr Poroşenko Xersonda keçirdiyi mətbuat konfransında çıxış edib.

"Milyonlarla deyil, milyard dollarlarla vəsait qanunsuz olaraq ölkədən çıxarılıb. Bu vəsaitlərə həbs qoyulması, onların ölkəyə qaytarılıb ordunun yenidən silahlandırılmasına yönəldilməsi üçün beynəlxalq dəstəyə ehtiyacımız var", - Poroşenko deyib.

Siyasətçi bildirib ki, Yanukoviçin ailəsi və yaxın ətrafının biznesi ilə bağlı ciddi araşdırma aparılmalıdır.

Nihad


Müəllif: