12 Mart 2023 15:28
1 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri və “Vaqner” qrupunun muzdluları Baxmuta hücumu davam etdirsələr də, şəhər ətrafında heç bir irəliləyiş əldə edə bilmirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.

Analitiklər qeyd edirlər ki, ruslar bütün səylərə baxmayaraq Baxmutda Ukrayna ordusunun müqavimətini qıra bilmirlər:

“Baxmut uğrunda döyüş bir neçə aydır davam edir, son vaxtlar işğalçılar şəhəri mühasirəyə almağa çalışırlar, amma Ukrayna Silahlı Qüvvələri inadkar müqavimət göstərməkdə davam edir”.

Bundan əlavə, analitiklər “Vaqner” lideri Yevgeni Priqojinin Baxmut uğrunda döyüşdən sonra öz şirkətini sərt ideoloji prinsip əsasında “elit hərbi təşkilat”a çevirəcəyini deməsinə diqqət çəkirlər. Bununla əlaqədar olaraq, ISW analitikləri xatırladırlar ki, son vaxtlar “Vaqner” Rusiyada işə qəbul mərkəzlərini genişləndirir və gəncləri cəlb etməyi hədəfləyir.

Analitiklər güman edirdilər ki, Priqojin bu həmlələri ilə Ukraynadakı rus qoşunları arasında öz qrupu ilə “xüsusi rol”a nail olmaq istəyir. Baxmut istiqamətində nəticə əldə edə bilməsə, bu planı baş tutmayacaq.

Bundan əlavə, analitiklər Ukrayna Silahlı Qüvvələrinin Svatovo istiqamətində irəlilədiyini deyirlər. İşğalçılar isə Zaporojedə istehkamlar qurmağa davam edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər