Şimali Koreya iki qısa mənzilli ballistik raket buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, raketlər yerli vaxtla saat 07:41-dən 07:51-dək (Bakı vaxtı ilə saat 02:41-dən 02:51-dək) Xvanxe-Namdo əyalətinin Çanqyonq rayonundan Şərq dənizi istiqamətinə doğru buraxılıb.
"Yonhap" agentliyinin məlumatına görə, daha əvvəl bu ərazidən heç bir ballistik raket buraxılışı qeydə alınmayıb.