Rusiya Aerokosmik Qüvvələrinin (AQ) nəzarət vasitələri səhər saatlarında ABŞ-ın “MQ-9” dronunun Rusiyanın dövlət sərhədi istiqamətində uçuşunu qeydə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
“Hava hücumundan müdafiə qüvvələrinin növbətçi qırıcıları Qara dəniz akvatoriyası üzərində hava məkanını pozanı müəyyən edilməsi üçün havaya qaldırılıb”, - MN vurğulayıb.
Bildirilib ki, Rusiya qırıcıları göyərtə silahlarından istifadə etməyib və Amerika dronu ilə təmasda olmayıb:
“Kəskin manevr nəticəsində amerika pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və su səthinə çırpılıb”