17 Mart 2023 12:36
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) yaxınlığı ilə tanınan ictimai rəy araşdırmaçısı Murad Gəzici son sorğu nəticələrindən danışıb.

Teleqraf.com xəbər verir ki, Gəzici Prezident Rəcəb Tayyib Ərdoğanın səs nisbətinin CHP sədri Kamal Kılıçdaroğludan daha yüksək olduğunu deyib.

“Ərdoğanın daha öndə olduğunu görürəm”, - araşdırmaçı bildirib.

Gəzici son sorğulara görə Prezident Ərdoğanın rəqiblərini qabaqladığını vurğulayıb.

Araşdırmaçı hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mustafa Şənin sorğularla bağlı son açıqlamasına da diqqət çəkib:

Mustafa Şən sektorun ən təcrübəlilərindən biridir. Çox təcrübəli bir qurumda yetişmiş, sorğular aparan şəxsdir. Mən hələ də cənab Ərdoğanı Kamal bəydən öndə görürəm. Qazanmaq ehtimalı bir az daha çoxdur. Gördüyüm budur ki, Ərdoğan hazırda öndədir”.

Qeyd edək ki, Murad Gəzici “Gəzici” araşdırmalar mərkəzinin rəhbəridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər