18 Mart 2023 23:30
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Himalayın qərbindəki Ladax bölgəsində Hindistan və Çin arasında vəziyyət kövrək və təhlükəlidir, bəzi bölgələrdə silahlı qüvvələr bir-birinə çox yaxındır”.

Teleqraf.com xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar deyib.

“Hesab edirəm ki, vəziyyət hələ də çox kövrəkdir, çünki bölmələrin bir-birinə çox yaxın olduğu yerlər var, ona görə də hərbçilərin fikrincə, vəziyyət kifayət qədər təhlükəlidir”, - nazir bildirib.

2020-ci ildən bəri ən azı 24 hərbçi bu bölgədə tərəflər arasında baş verən qarşıdurmada öldürülüb, amma diplomatik və hərbi danışıqlar sayəsində vəziyyət sakitləşdi.

Ən son ötən ilin dekabrında Çin və Hindistan arasında sərhədlərin müəyyən edilməmiş şərq hissəsində yenidən toqquşma baş verib, amma insan tələfatı olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər