19 Mart 2023 21:58
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən fövqəladə zirvəsində iştirakından danışıb.

Teleqraf.com xəbər verir ki, nazir təşkilata müşahidəçi üzvlüyün son dərəcə önəmli və tarixi bir hadisə olduğunu deyib.

Ərtoğruloğlu ŞKTC-in konstitusion adı və bayrağı ilə TDT-də olmasının çox anlamlı olduğunu bildirib: “Bu, bizim üçün çox dəyərli, çox vacib, çox tarixi bir üzvlükdür”.

Nazir bunun yunanları narahat etdiyini də diqqətə çatdırıb:

“Bu üzvlüyü qəbul etməyənlərin, xüsusilə Yunan Kiprinin tərəfdarının bu üzvlüyə son qoymaq üçün səyləri güclənir, amma bu, mümkün deyil. Bu üzvlük reallaşıb və davam edəcək, gün gələndə müşahidəçi üzvlükdən tamhüquqlu üzvlüyə keçid olacaq”.

Ərtoğruloğlu ŞKTC-in TDT-yə müşahidəçi üzv olmasını tanınma yolunda atılan addım kimi qiymətləndirdiklərini söyləyib:

“Müxtəlif beynəlxalq platformalarda digər üzv ölkələrin xarici işlər nazirləri ilə görüşür, söhbət edir, fikir mübadiləsi aparırıq. Kipr türklərinin məsələsini onlara söyləmək imkanımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər