“Rusiya Ukraynadakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanması üçün hələ də açıqdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, Rusiyaya qarşı yönəlmiş ultimatumlar göstərir ki, onun opponentləri Ukrayna ətrafında vəziyyətdən çıxış yolu tapmaqda maraqlı deyillər.