Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı təşkil edilən etirazlar zamanı 113 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir kii, bu barədə "BFM" televiziya kanalı xəbər verib.
Ən kütləvi nümayişlərdən biri Parisin 7-ci bölgəsindəki Voban meydanında baş tutub. Bir neçə min insan pensiya islahatının ləğvini tələb etmək üçün meydana toplaşıb və hökumətin müvafiq qanun layihəsinin qəbul edilməsi ilə bağlı qərarı ilə razılaşmadıqlarını bildiriblər.
Müxalifətin hökumətə etimadsızlıqla bağlı iki qətnaməsi parlamentin Milli Assambleyasında (aşağı palata) kifayət qədər səs toplamadıqdan sonra bəzi etirazçılar zibil qutularını yandırmağa və polislə toqquşmaya başlayıblar. üquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin meydana daxil olmasını dayandırıblar.