“Birləşmiş Ştatlar Ukraynanı böyük məbləğ, o cümlədən təzminat müqabilində ruslara ərazi satmağa təşviq etməlidir”
Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun və ABŞ Senatının keçmiş müdafiə siyasəti müşaviri Mario Loyola “The Atlantic” nəşri üçün yazdığı məqalədə bildirib.
Loyola qeyd edib ki, bundan sonra Ukrayna dövləti “siyasi baxımdan daha sabit” olacaq.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinə yeni regionların sakinlərinin Rusiya vətəndaşlığını almaq məsələləri ilə məşğul olmağı tapşırmışdı.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə görə isə yeni regionların 800 min sakini Rusiya pasportu almaq üçün müraciət edib.