23 Mart 2023 16:50
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya parlamentində "TikTok" mobil proqramından istifadəyə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, qadağa Milli Kiber və İnformasiya Təhlükəsizliyi Direktorluğunun tövsiyəsi əsasında parlament rəhbərliyi tərəfindən tətbiq edilib. Qərar, deputatlara, onların köməkçilərinə və ali qanunverici orqanın əməkdaşlarına şamil edilir.

Bundan əvvəl Praqa meriyası da işçilərinə Pekində yerləşən ByteDance şirkətinə məxsus TikTok-dan istifadəni dayandırmağı tövsiyə etmişdi. Pekində yerləşən ByteDance şirkətinə məxsus təhlükəsizlik üçün əhəmiyyətli risk hesab edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər