26 Mart 2023 18:22
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, o, “Rusiya-1” telekanalına müsahibəsində deyib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər