30 Dekabr 2014 07:32
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcək.

Teleqraf.com-un “Reuters” agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bəyan edib.

O, adıçəkilən qətnamə layihəsini qeyri-konstruktiv adlandıraraq, sənəddə İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin olunmadığını bildirib.

Məlum olduğu kimi, dekabrın 17-də BMT Təhlükəsizlik Şurasına müstəqil Fələstin dövlətinin yaranmasına dair qətnamə daxil olub. Qətnamə layihəsini İordaniya irəli sürülüb. Qətnamə layihəsinə əsasən İsrail 2016-cı ilin noyabrınadək qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Fələstin mənbələrinə görə,BMT Təhlükəsizlik Şurası məsələyə yaxın günlərdə baxacaq.


Müəllif:

Oxşar xəbərlər