30 Mart 2023 21:00
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində hindu məbədinin dam örtüyünün uçması nəticəsində ən azı 8 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib .

Məlumata görə, məbədin döşəməsi çökdüyündən 25-ə yaxın dindar ayinlərin icrası üçün nəzərdə tutulan quyuya düşüb. İnsanların quyuda qaldıqlarına və məbəddə xilasetmə əməliyyatının davam etdiyinə dair məlumat yayılıb.

Vurğulanıb ki, hadisə yerində xilasedicilər 8 ölü çıxarıb, 10 nəfəri xilas ediblər.


Müəllif: Teleqraf.com