Finlandiya Xarici İşlər Nazirliyinin Tvitter hesabında NATO-ya üzvlük prosesi ilə bağlı paylaşım edilib.
Teleqraf.com xəbər verir ki, paylaşım türk dilindədir.
“Təşəkkürlər! Türkiyə Böyük Millət Məclisinə Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqlədiyinə görə minnətdarıq”, - paylaşımda deyilir.
Finlandiya xarici işlər naziri Pekka Haavisto da Tvitter hesabında proseslə bağlı məlumat verib:
“On aydan çox davam edən bir işi geridə qoyduq. 2022-ci il mayın 17-də NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan gəldi. Macarıstan da bu gün öz ratifikasiyasını Vaşinqtona təqdim edəcək. İndi Türkiyə parlamenti öz qərarını verdi. Tarixi günlər yaşayırıq”.
Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.