31 Mart 2023 17:21
2 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbin Gürcüstandakı vəziyyətə nəinki müdaxilə etmək, hətta birbaşa idarə etmək cəhdi qəbuledilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sadəcə müdaxiləni yox, daxildən, bəlli qurumlar, qeyri-hökumət təşkilatları, ictimai xadimlər vasitəsilə aranı qatmağı qətiyyən yolverilməz hesab edirik”, - rusiyalı diplomat bildirib.

Zaxarovanın sözlərinə görə, bu müdaxilənin məqsədi regionda sabitlik və təhlükəsizliyə təsir etmək cəhdidir.

“Qərb Gürcüstanda yaşayan insanların və xalqların rifahı və təhlükəsizliyi ilə çox az maraqlanır”, - Rusiya rəsmisi vurğulayıb.

Martın 7-8-də parlament “Xarici agentlər haqqında qanun” layihəsini birinci oxunuşda qəbul etdikdən sonra Tiflisdə minlərlə insan etiraz aksiyası keçirib. Martın 9-da davam edən etiraz aksiyalarından sonra hakim “Gürcü Arzusu” Partiyası qanun layihəsini geri götürmək qərarına gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər