“Slovakiya Ukrayna ordusuna təhvil vermək üçün döyüş sursatı istehsalını artırmaq istəyir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.
Nazir Ukrayna üçün döyüş sursatı istehsalını artırmaq planları ilə bağlı daha ətraflı təfərrüatları açıqlamayıb.
Eyni zamanda o xatırladıb ki, ölkəsi vəd edilmiş 13 ədəd “MiQ-29” qırıcısından ilk dördünü və “Kub” hava hücumundan müdafiə sistemini Ukraynaya artıq təhvil verib.