1 Aprel 2023 19:43
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Samur” gömrük postunda saxlanılan “Mercedes-Benz” markalı TIR-dan “Qırmızı kitab”a düşmüş külli miqdarda budaqlı danaya bitkisi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Rusiyaya gedən Zöhrab Əliyevə məxsus yük maşınına baxış keçirilərkən ümumilikdə 127 200 ədəd danaya bitkisi müəyyən edilib. Bitkilərin ölkədən çıxarılmasına icazə verilməyib və toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, budaqlı danaya bitkisindən gülçülük sahəsində geniş istifadə edilir.


Müəllif: Teleqraf.com