3 Aprel 2023 18:04
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ali və orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən qadın tələbələr təhsil ala bilməyəcək.

Teleqraf.com xəbər verir ki, ali təhsil müəssisələrinin tabe olduğu Elm, Araşdırma və Texnologiya Nazirliyi və Milli Təhsil Nazirliyi mövzu ilə bağlı ayrı-ayrılıqda açıqlama yayıb.

Hər iki nazirliyin açıqlamasında “örtünmə qanunu”na əməl etməyən tələbələrin təhsildən yararlana bilməyəcəkləri bildirilib.

Ötən ilin sentyabrında İranda 22 yaşlı Məhsa Əmini “əxlaq polisi” tərəfindən öldürüldükdən sonra ölkə boyu ayətulla rejiminə qarşı etirazlar başlayıb. Etirazlarda 1979-cu ildən tətbiq edilən məcburi hicab qanununun yumşaldılması tələbləri yenidən gündəmə gəlib.

Etirazlardan sonra ölkədə bəzi qadınların küçələrdə və iş yerlərində hicabsız gəzdiyi görünərkən, son zamanlar bu durumdan narahat olan molla rejimi qadınlara qarşı total repressiyalara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər