4 Aprel 2023 13:53
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov bildirib ki, bu ölkədə yerləşdirilməsi planlaşdırılan taktiki nüvə silahları qərb sərhədlərində dislokasiya ediləcək. Diplomatın sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahları üçün xüsusi anbarlar hazır olacaq.

Teleqraf.com xəbər verir ki, ukraynalı hərbi ekspert Aleksandr Musyenko Rusiyanın bu planını şərh edib.

Onun sözlərinə görə, Rusiya bunu müəyyən olunmuş vaxtda həyata keçirəcək.

“Hazırlıq gedir. Yeri gəlmişkən, bunun blef olduğuna şübhə etməyə ehtiyac yoxdur. Belarusa nüvə silahı gətirmək üçün hər şeyi edəcəklər. Artıq hazırlıq işlərinə başlanılıb. Putinin açıqlaması buna sübutdur”, - Musyenko bildirib.

Ekspert qeyd edib ki, Belarusda keçirilən bütün təlimlərdə NATO ölkələrinə zərbə endirmək tapşırığı yerinə yetirilib:

“Ona görə də məşqlərdə sınaqdan keçirilmiş tapşırıqlar üzrə hərəkət edəcəklər”.

Musyenko əlavə edib ki, bu, təkcə Ukraynaya deyil, həm də NATO ölkələrinə qarşı təhdidlərdir.


Müəllif: Mənsur Rəğbətoğlu