Son zamanlar hökumət əleyhinə etirazların şahidi olan İran polisi qadınların hicab qaydalarına riayət edib-etməmələrinə nəzarət üçün küçələrə kameralar yerləşdirir.
Teleqraf.com xəbər verir ki, İran polisi kameralarla hicab qaydasını pozduqları müəyyən edilən qadınların lazımi cəza alacaqlarını açıqlayıb.
Polis həmçinin ictimaiyyəti hicab qaydasını qorumağa çağırıb və qaydaya əməl etməyən qadınlara xəbərdarlıq edib.
Açıqlamada bu addımın hicab tələbinə qarşı artan pozuntuların qarşısını almaq məqsədi daşıdığı və hicabın ölkənin təməl dəyərlərindən biri olduğu qeyd edilib.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin ötən ilin sentyabr ayında paytaxt Tehranda “çadrasını düzgün taxmadığı” səbəbilə saxlanıldıqdan sonra vəfat etməsi İranda son illərin ən böyük etirazlarına səbəb olub.