İraq ordusu Düluyyə şəhərini İŞİD terror qruplaşmasının silahlılarından azad edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “BBC”-yə ölkənin təhlükəsizlik orqanlarındakı mənbə bildirib.
Məlumata görə, şəhər uğrunda gedə qızğın döyüşlər zamanı 300-dək silahlı məhv edilib.
Qeyd edək ki, İŞİD iyulda şəhərin şimal hissəsini nəzarətə alıb, bir müddət sonra isə cənub hissəsini mühasirəyə alaraq yaşayış məntəqəsini tam zəbt edib.