10 Aprel 2023 14:42
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Vaşinqton Post” qəzeti Ukraynanın ortamənzilli hava hücumundan müdafiə ehtiyatlarının mayın 23-dək tamamilə tükənəcəyini yazıb.

Teleqraf.com xəbər verir ki, nəşr ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırılmış məxfi sənədləri və kəşfiyyat məlumatlarına əsasən belə bir iddia irəli sürüb.

“Müdafiə üçün ortamənzilli hava hücumundan müdafiə vasitələri mayın 23-dək tamamilə tükənəcək. Ukraynanın daha 2-3 hücum dalğasına tab gətirəcəyi təxmin edilir”, - Pentaqona aid edilən sənəddə deyilir.

Fevralın sonu-martın əvvəli arasındakı durumun təhlilinin aparıldığı bildirilən sənəddə Kiyevin ABŞ və müttəfiqlərinin verdiyi hərbi yardımı, təchiz etdiyi silahları tükətdiyi bildirilir. Sızdırılan sənədlər Qərbin Ukraynaya tədarük etdiyi silahların, xüsusilə də sursat və hava hücumundan müdafiə resurslarının narahatedici çatışmazlığına işarə edir.

Qarşıdakı bir neçə gün ərzində tükənəcək artilleriya sursatlarının azalmasının da Pentaqonu narahat edən amillərdən biri olduğu vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər