10 Aprel 2023 23:43
4 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donetsk vilayətinin Baxmut şəhərində cəbhə xətti daralıb, düşmən hər tərəfdən yaxınlaşır, amma dəmir yolu üzərində nəzarəti ələ keçirə bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun 5-ci hücum alayının zabiti Yuri Sırotyuk deyib.

“Baxmutda mənim briqadamın yerləşdiyi istiqamətdə düşmənin bütün irəliləyiş cəhdləri dayandırılır. Burada ön xətti möhkəm tuturuq. Əlbəttə, indi şəhər və ətrafında hərarət yüksəkdir, düşmən atəş divarı, hücum qrupları taktikasından intensiv istifadə edir”, - zabit bildirib.

Sırotyuk qeyd edib ki, desantçılar artıq “Vaqner” qüvvələrinə yaxınlaşıblar, eyni zamanda, ruslar dəmir yoluna nəzarəti ələ keçirə bilmirlər: “Cəbhə dəmir yolu xətti boyu uzanır, amma düşmən bu xətti aşa bilmir”.

Onun sözlərinə görə, Rusiya qoşunları bütün evləri dağıtmaq taktikasından istifadə edir, daha sonra piyadaların hücumu ilə irəliləyir:

“Baxmut cəhənnəmə oxşayır. Təəssüflər olsun ki, burada baharın gəldiyinə, Pasxa bayramına bir həftə qaldığına dair heç bir duyğu yoxdur. Deyəsən, başa düşürlər ki, bu, onların hücumlarının son, Ukraynada heç olmasa nəsə əldə etmək səyləridir”.

Ukraynalı zabitin fikrincə, rusların Baxmut istiqamətində elitar qüvvələrini əməliyyata cəlb etməsi vəziyyətlərinin çox ağır olduğunu göstərir:

“İndi cəbhə daralıb, düşmən hər tərəfdən yaxınlaşır, amma əsirlərin dediklərinə görə hiss edirik ki, özləri də müharibədə uduzduqlarını anlayıblar və uğura inanmırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər