11 Aprel 2023 16:42
1 825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncə Türkiyə müxalifətinin “Altılıq Masası” blokunu sərt şəkildə tənqid edib.

Teleqraf.com xəbər verir ki, CHP-nin deputatlığa namizədlərlə bağlı siyahısına reaksiya verən siyasətçi parlamentdə iki AKP-nin olacağını deyib.

“Kılıçdaroğlu ilə martın 29-dan əvvəl və sonra heç bir əlaqəm olmayıb. Ona yaxın adamlardan bəziləri çıxıb özlərini siyasi aktor kimi göstərmək üçün açıqlamalar verirlər. Buna önəm vermirəm. Hörmətli Kılıçdaroğlu ilə görüşməyən biri deyiləm. Amma heç bir görüşümüz olmayıb. Millət İttifaqını yaradanda bizi dəvət etmədilər, anlaşma hazırlanarkən də dəvət almadıq. Bizə məhəl qoyulmadı. İttifaqların əleyhinə deyilik, amma ittifaqın onurğası olmalıdır. Onların maraqları sadəcə ittifaqıdır”, - İncə bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər