Yunanıstan xarici işlər naziri Nikos Dendias mayda iki ölkədə keçiriləcək seçkilərdən sonra enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, nazir bu barədə Afinada misirli həmkarı Sami Şükrü ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
“Yunanıstan həmişə Türkiyə ilə səmimi və dürüst əməkdaşlıq yollarını axtarır”, - Dendias deyib.
Nazir Yunanıstan, Cənubi Kipr, Misir, Fransa, İsrail, İtaliya, İordaniya və Fələstin arasında qurulan Şərqi Aralıq dənizi Təbii Qaz Forumunun Türkiyəyə də açıq olduğunu söyləyib:
“Bu forumda digər ölkələrin də iştirakını alqışlayırıq. Amma bunun üçün açıq şərt var: beynəlxalq hüquqa və beynəlxalq dəniz hüququna hörmət”.