17 Aprel 2023 23:25
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudanda ordu ilə hakimiyyət uğrunda mübarizə aparan xüsusi təyinatlı qüvvələr arasında baş verən toqquşmalarda azı 97 mülki şəxs həlak olub, 365 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Davam edən döyüşlər səbəbindən yaralı axını səngimir, yerli xəstəxanalarda dərman çatışmazlığı yaranıb.

“Xartumda yaralı mülki vətəndaşları qəbul edən doqquz xəstəxanadan bir neçəsində qan, transfuziya avadanlığı və digər həyati ləvazimatlar tükənib”, - Ümumdünya Səhiyyə Təşkilatı bildirir.

Münaqişə zonasından gələn məlumatlar ziddiyyətlidir. Qarşı tərəflərin hər biri uğur qazandığını iddia edir. Təkcə paytaxt yox, əyalətlərdə də döyüşlər gedir. Xüsusən də Nyala şəhərində (Cənubi Darfur) bəzi ərazilər sözün əsl mənasında boşaldılıb, döyüşlər səbəbindən mülki əhali qaçmağa məcbur olub.

“Burada heç kim qalmayıb, döyüşlər şiddətlidir, insanlar qaçmalı oldular. İnsanlar silahlı qüvvələr tərəfindən qarət edilirlər”, - yerli sakin deyib

Bazar günü qonşu ölkələr şiddətə son qoymaq üçün səylərini artırıb. Misir artıq danışıqlarda vasitəçilik təklifi ilə çıxış edib. Keniya prezidentinin ofisinin bəyanatına görə, Keniya, Cənubi Sudan və Cibuti liderləri danışıqlarda iştirak etməyə hazırdır.

“Hakim hərbi rejimin iki əsas qrupu arasında çoxdan gözlənilən qorxunc, şiddətli qarşıdurma təkcə Sudanda deyil, regionun böyük hissəsində sabitliyi pozmaq təhlükəsi yaradır. Bu, bölgədə Körfəz dövlətləri, ABŞ, Avropa Birliyi və Rusiyanın iştirakı ilə nüfuz mübarizəsini gücləndirir”, - ingilis qəzeti yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər