Almaniyanın keçmiş kansleri Angela Merkel "Böyük Xaç" ordeni ilə təltif olunub.
Teleqraf.com xəbər verir ki, həmin orden Almaniyada ən yüksək dövlət mükafatı hesab olunur.
Mükafatı Merkelə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.
Sabiq kansler mükafatı “xalqa layiqli xidmətlərinə görə” naminasiyası üzrə alıb.
O, keçmiş kansler Konrad Adenauer və Helmut Koldan sonra bu mükafata layiq görülən üçüncü şəxs olub.