1 Yanvar 2015 18:31
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada benzinin qiymətinin ən ucuz olduğu ölkələrdən biri olan Türkmənistanda 2015-ci ilin ilk günündə yanacağın qiyməti 60 faiz bahalaşdı.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir litri 62 təngə (22 sent) olan benzinin qiyməti bu gündən etibarən 1 manat (35 sent) olub.

Halbuki keçmiş prezident Səfərmurad Niyazovun (Türkmənbaşı) vaxtında Türkmənistanda bir litr benzin 2 sentə satılırdı. İnsanlar 1 dollara avtomobillərinin benzin depolarını tam doldura bilirdilər.

Qeyd edək ki, bu gündən etibarən benzinin qiyməti 60 faiz bahalaşsa da, Türkmənistan yenə də yanacağın ən ucuz qiymətə satıldığı ölkələrdən biri olaraq qalmaqdadır.


Müəllif: