24 Aprel 2023 08:59
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, koronavirusa yenə yoluxub, lakin özünü normal hiss edir. O, bu barədə tviter hesabında yazıb.

Teleqraf.com xəbər verir ki, Meksika Prezidenti Yukatan ştatına səfərini təxirə salmağa məcbur olub və yaxın günlərdə ənənəvi səhər mətbuat konfranslarını keçirməyəcək.

Altmış doqquz yaşlı prezident üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında bu virusa yoluxub. İkinci dəfə 2022-ci ilin yanvarında, həmin vaxtadək üç dəfə peyvənd edildikdən sonra bir daha xəstələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər