Rusiya qoşunları əsas səylərini Baxmut, Avdiv və Marini ələ keçirməyə yönəldib. Bu istiqamətlərdə rus ordusunun 60-a yaxın hücumunun qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ən şiddətli döyüşlər Baxmut və Marin uğrunda gedir. Rusiya qüvvələri xüsusilə Baxmutu ələ keçirmək üçün əlavə səy göstərir. Şəhərin mərkəzi uğrunda şiddətli döyüşlər davam edir. Son sutka ərzində ruslar bir neçə dəfə Qriqoriv, Boqdaniv və İvanivsk rayonlarına doğru uğursuz hücum əməliyyatları keçirblər.
“Düşmən Avdiv istiqamətində Novokalynovo və Pervomaysk rayonlarında hücum əməliyyatları həyata keçirib, nəticəsiz qalıb və xeyli itki verib”, - Baş Qərargah bildirir.
Ukrayna ordusu Marin istiqamətində də rusların çoxsaylı hücumlarını dəf ediblər.
Bundan başqa, Ukrayna aviasiyası son 24 saat ərzində rus qoşunlarının cəmləşdiyi yerlərə 14 zərbə endirib. Raket qoşunları və artilleriya bölmələri rusların 3 radioelektron döyüş stansiyasını və onlarla PUA-sını məhv edib.