24 Aprel 2023 17:54
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail artilleriyası Suriyanın cənub-qərbindəki Quneytra yaxınlığında “Hizbullah” terror hərəkatın və İrana aid hərbi obyektləri hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” qəzeti Suriya mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail artilleriyası Suriya ilə sərhəd yaxınlığındakı Qurs ən-Nafl məntəqəsini vurub.

Suriyanın hökumətyönlü “Əl-Vətən” qəzeti Qurs ən-Nafla 20 mərminin atıldığını yazıb. Hücumda xəsarət alanların olmadığını bildirilib.

Suriya və İsrail rəsmiləri məlumatı təsdiqləməyib.

Gecə saatlarında isə İsrail pilotsuz təyyarələrinin SEPAH-ın İsfahandakı bazasına hücum etdiyi bildirilib. Məlumata görə, zərbələrdən biri Mazandaran şəhərindəki obyektlərindən birinə endirilib.

Səhər saatlarında İsrail Müdafiə Qüvvələri tərəfindən bölgəyə Suriya ordusunu İran və “Hizbullah”la əməkdaşlıq etməmək barədə xəbərdarlıq edən vərəqələr atıldığı da iddia edilir. Vərəqələrdə bu cür əməkdaşlığın faydadan çox zərər gətirdiyi vurğulanır.

Vərəqədə Suriya ordusunun 4-cü Diviziyasının 41-ci Briqadasının komandiri Samər əd-Dana və “Hizbullah”ın Suriyadakı kəşfiyyat bölməsinin rəhbəri kimi tanınan Tariq Mahir adlı şəxsin fotoları yer alıb.

Son gəlişmə İsrail müdafiə naziri Yoav Qallantın İrandan bölgəyə silah tədarükünün qarşısını almaq üçün Suriyaya zərbələrin iki dəfə artırıldığı açıqlamasından sonra yaşanıb.

“Biz sistematik olaraq İranın bölgədəki gücünə və mövcudluğuna zərər veririk. İranın Qolan Təpələrini Livana çevirəcək Suriya ordusu yaratmasına icazə verməyəcəyik”, - nazir deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər