Ukrayna Prezidenti Vladimir Zelenski ilə Çin lideri lideri Si Cinpin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, Zelenski bu barədə Tvitterdə məlumat verib.
Ukrayna lideri söhbətin uzun sürdüyünü deyib.
"İnanıram ki, bu və Ukraynanın Çinə səfirinin təyin olunması ikitərəfli münasibətlərimizin inkişafına güclü təkan verəcək”, - Zelenski söyləyib.
Qeyd edək ki, bu, müharibə başlayandan bəri iki ölkənin liderlərinin ilk telefon danışığıdır.