27 Aprel 2023 00:39
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran məhkəməsi İran-Almaniya vətəndaşı Cəmşid Şarmehdin edam hökmünü qüvvədə saxlayıb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Cəmşid Şarmehdin ölüm hökmünün qüvvədə saxlanılmasının qəbuledilməz adlandırıb.

Almaniyanın İrandakı səfiri məsələni müzakirə etmək üçün danışıqlara başlayıb.

Qeyd edək ki, ABŞ-da yerləşən “Tonder” və “İran Krallığı Məclisi” kimi tanınan anti-rejim qrupunun lideri olduğu iddia edilən Şarmehd İran Məhkəməsi tərəfindən “İranda terror aktlarını planlaşdırmaq və istiqamətləndirmək yolu ilə təxribat törətmək” ittihamı ilə edam cəzasına məhkm edilib.

Sözügedən təşkilat 2008-ci il aprelin 12-də Şiraz şəhərində 14 nəfərin ölümü, 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə ölkə daxilində bəzi silahlı aksiyalar və təxribat təşkil etməkdə ittiham edilir.

İran ikili İran-Almaniya vətəndaşı olan ve ABŞ-da yaşayan Şarməhdi Birləşmiş Ərəb Əmirliklərindən oğurlayaraq 2020-ci ilin iyulunda ölkəyə gətirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər